8 iyul 2015 16:40
Xəzər Lənkəranın ilk yoxlama görüşü təxirə salındı
Əvvəlcədən xəbər verildiyi kimi, bu gün "Xəzər Lənkəran" Türkiyədə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində "Kayseri Erciyesspor" komandasının A2 komandası ilə yoxlama oyununda üz-üzə gəlməli idi. Lakin, rəqib komandanın xahişinə əsasən bu qarşılaşma qeyri-müəyyən vaxta təxirə salınıb.
Azerisport.az xəbər verir ki, buna səbəb isə Türkiyə klubunun heyətində bir sıra futbolçunun zədəlnməsidir.
Plan üzrə "Xəzər Lənkəran" 11 iyul tarixində yoxlama oyunu keçirəcək. Rəqib haqqında məlumat veriləcək.
