8 iyul 2015 15:20
Slavço Georgiyevski də İnterə kömək edə bilməyəcək
"İnter" Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı daha bir itki ilə çıxacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubunun yarımmüdafiəçisi Slavço Georgiyevski də meydana çıxa bilməyəcək.
Makedoniyalı futbolçu ailə vəziyyəti ilə əlaqədar olaraq klub rəhbərliyindən iki həftəlik icazə alıb.
