8 iyul 2015 14:20
İnter Şkenderbeunun ən yaxşı bombardirini transfer etdi
"İnter" heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, bu, braziliyalı hücumçu Dieqo Martins olub.
Onunla bir illik müqavilə imzalanıb. Braziliyalı futbolçu artıq komanda ilə birgə məşqlərə də başlayıb. "İnter" Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazana bilsə, onu sifariş edə biləcək,
Qeyd edək ki, Martins son mövsümü Albaniyanın "Şkenderbeu" klubunda keçirib. O, bu komandada keçirdiyi 29 oyunda vurduğu yeddi qolla klubun mövsüm ərzindəki ən məhsuldar futbolçusu olub.
