8 iyul 2015 14:00

Şahin Diniyev: Heyət hələ tam formalaşmayıb

“Toplanışda əsas diqqət fiziki hazırlığa yönəlib. Yoxlama oyunlarında bizə nəticə deyil, fiziki hazırlığı artırmaq önəmlidir”. Azerisport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli məşqçi təlim-məşq toplanışı çərçivəsində iyulun 7-də AZAL-la keçirilən oyunu da dəyərləndirib. O, 2:1 hesablı qələbənin oyunçulara stimul verdiyini bildirib: “Həm “Sumqayıt”, həm də AZAL-la oyun günündə səhər məşq etmişdik. Bununla belə, komanda artıq rahat oynamağa başlayıb. Oyunla yanaşı, nəticə qazanmaq da lazımdı. Düzdü, belə matçlarda nəticə mənim üçün əsas deyil, sadəcə, futbolçularda qələbə ruhunu artırmaq baxımından qalib gəlmək lazım idi. Uşaqlar çətinlik çəkmədən görüşü qələbə ilə başa vurdular”.

Şahin Diniyev yetirmələrindən razılığını da dilə gətirib: “Bir oyunumuz qalıb, ona da gərgin məşq qrafiki ilə hazırlaşırıq. Səhər və axşam məşqləri davam edir. Əsas olan komandanın fiziki təməlidir. Futbolçulardan çox razıyam. Məşqlərə məsuliyyətlə yanaşırlar və çox yaxşı çalışırlar. Verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirirlər. İkinci oyunda bir az yorğun göründülər.

Bu da aydın məsələdir. Fiziki məşqlər təsirsiz ötüşmür. Heyət hələ tam formalaşmayıb. Komanda başından yuxarı tullanmağa çalışır”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.