8 iyul 2015 13:20
Simurqdan AZAL-a
"Simurq"un sabiq qapıçısı Amil Ağacanov özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, hazırda AZAL-ın düşərgəsində məşq edir.
Böyük ehtimalla sözügedən qapıçı yeni mövsümdə məhz paytaxt klubunda çıxış edəcək. Lakin onun hesabında 9 oyunluq diskvalifikasiya olduğundan, mövsümün əvvəlini buraxmalı olacaq.
