8 iyul 2015 11:20

Qəbələ: yalnız qələbə üçün!

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Dinamo” (Tiflis, Gürcüstan) ilə cavab oyununa hazırlaşan “Qəbələ” məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, iyulun 2-də Gürcüstanda keçirilən ilk qarşılaşmadan sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” ayın 5-dən hazırlıqlarını bərpa edib.

Qəbələ şəhər stadionunda gündə bir dəfə məşq keçən komanda əvəzedici heyətlə yoxlama oyununda da gücünü sınayıb. Roman Qriqorçukun yetirmələri bu gün oyunöncəsi son məşqinə çıxacaq. İyulun 9-da baş tutacaq cavab qarşılaşmasından bir gün əvvəl “Dinamo” da Qəbələ şəhər stadionunda hazırlıq keçəcək. Tiflis təmsilçisi ilə görüş "Qəbələ"nin mövsümdə 2-ci rəsmi matçı olacaq.

Doğma stadionda yeni mövsümün ilk oyununa çıxacaq “qırmızı-qaralar” ötən il debüt etdiyi avrokuboklarda 4-cu qarşılaşmasını keçirəcək. Qəbələdə baş tutacaq 2-ci avrokubok oyununda Azərbaycan klubunu yalnız qələbə qane edir. Ötən həftə Tiflisdəki Boris Payçadze adına “Dinamo Arena”da 1:2 hesabı ilə uduzan “Qəbələ” mərhələ adlamaq üçün qol buraxmadan istənilən hesabla qalib gəlməli, qapısına qol görsə, 2 və ya daha çox top fərqi ilə qələbə qazanmalıdır. Matç Qriqorçukun “Qəbələ”nin baş məşqçisi postunda 20-ci oyunu olacaq. Bunadək o, 16 çempionat, 2 kubok və 1 avrokubok matçında komandanın “sükanı arxası”nda olub.

Görüşü fransalı hakimlər briqadası idarə edəcək. Baş hakim funksiyasını Bordo Universitetinin bədən tərbiyəsi müəllimi, 2015-ci ildən FİFA referisi olan 38 yaşlı Amori Deleru yerinə yetirəcək.

UEFA Avropa Liqası
1-ci təsnifat mərhələsi
(cavab oyunu)
9 iyul

21:00. “Qəbələ” - “Dinamo” (Tiflis, Gürcüstan)
İlk oyun – 1:2
Baş hakim: Amori Deleru (Fransa)
Baş hakimin köməkçiləri: Loran Stien, Mişel Ammonye (hər ikisi Fransa)
Ehtiyat hakim: Sebastyan Moreyra (Fransa)
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)
Hakim-inspektor: Peter Cons (İngiltərə)
Qəbələ. Şəhər stadionu

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.