8 iyul 2015 00:15
Böyükağa Hacıyev İranda çalışa bilər
"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev İrandan gələn menecerlərlə görüşüb. Azerisport.az xəbər verir ki, görüş zamanı İran klublarında işləmək məsələsi müzakirə edilib.
Hacıyev öz şərtlərini irəli sürərək İrana köməkçiləriylə birgə getməyə razı olduğunu deyib. Menecerlər maliyyə şərtlərini İran klubuyla dəqiqləşdirəndən sonra azərbaycanlı məşqçiylə yenidən görüşəcək.
Böyükağa Hacıyevin İranda işləyib-işləməyəcəyi həftəsonuna qədər məlum olacaq.
