7 iyul 2015 17:30

Bədavi Hüseynov: Qarabağ Rudarla oyuna qədər tam hazır olacaq

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi

- Avstriya toplanışı necə keçir?
- Hər şey normaldır. Məşqlərimiz ağır olur. Amma biz bunu başa düşürük. Çünki qarşıda bizi Çempionlar Liqası gözləyir və buna çox ciddi hazırlaşmalıyıq.

- Avstriyanın "Horn" (3:4) və Rumıniyanın "Styaua" (2:3) klubları ilə yoxlama oyunlarınızda məğlubiyyətlə üzləşdiniz...
- İlk oyunlar həmişə çətin keçir. Zamanla hər şey düzələcək. Futbolçular arasında anlaşma səviyyəsi artıq yaxşılaşıb. "Horn" və "Styaua" ilə oyunlar maraqlı alındı. Amma bizim üçün bu görüşlərdə nəticə önəm kəsb etmirdi. Əsas vəzifə baş məşqçinin tapşırıqlarını yerinə yetirmək idi.

- İki oyuna yeddi qol buraxmısınız. Problem nədədir?
- Futbolçular toplanış zamanı adətən ağır fiziki məşqlər edirlər. Bu, oyunlarımızın nəticəsinə təsirsiz ötüşməyə bilməzdi. Amma zaman keçdikcə bu problem də aradan qalxacaq.

- Yeni futbolçularınızın uyğunlaşması necə keçir?
- Hamısı yaxşı uşaqlardır. Artıq yeni futbolçularla ümumi dil tapa bilmişik. Onların çoxunu Azərbaycan çempionatından tanıyırdım. Bir sözlə, bu baxımdan problem yoxdur.

- Mərakeşli Alharbi El-Jadeuyi barədə nə fikirdəsiniz?
- Yaxşı insandır. Sol cinahda yaxşı təsir bağışlayrı, driblinqləri pis deyil. O, hələ "Qarabağ"ın oyun üslubuna uyğunlaşmağa çalışır. Ümid edirəm ki, komandamıza faydalı olacaq.

- O, Leroy Corcu əvəzləyə biləcək?
- Baş məşqçi onun transferini özü istəyibsə, deməli, mərakeşli Leroyu əvəzləyə biləcək.

- Moskva "Lokomotiv"i ilə oyundan nə gözləyirsiniz?
- "Lokomotiv" güclü komandadır. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq.

- "Qarabağ" "Rudar"la matça hazırdır?
- Bizim hələ hazırlaşmaq üçün vaxtımız var. Müəyyən taktiki gedişlər üzərində çalışacağıq. İlk oyun gününə qədər tam hazır olmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.