7 iyul 2015 00:40
Nazarov Karlsrueyə qələbə qazanmağa kömək etdi
Almaniyanın "Karlsrue" klubu yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası Avstriya toplanışı çərçivəsində Çex Respublikasının "Prşibram" klubu ilə qarşılaşıb.
Qarşılaşma almanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü 90 dəqiqə meydanda olub.
