7 iyul 2015 00:20

Dodo: Biz gürcü fanatlara yalnız qələbəmizlə cavab verə bilərik

"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Dinamo"suna (Tiflis) qarşı keçirəcəkləri cavab matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Qəbələ"nin Tiflisdəki məğlubiyyətinə nə səbəb oldu?
- Bizim yaxşı və güclü komandamız var. Mümkündür ki, komandada baş verən son dəyişikliklərin təsiri oldu. Daha yaxşı oynamağımız üçün zaman lazımdır. Özümüz də xeyli səhvə yol verdik. Elə birinci hissədə öz imkanlarımızdan maksimum istifadə etsəydik, hər şey tam fərqli olacaqdı. Hər halda qarşıda cavab oyunu da var və vəziyyəti xeyrimizə dəyişmək şansımız qalır.

- Məğlubiyyət komandaya təsir etmədi?
- Xeyr. Biz optimistliyimizi qoruyuruq. Yaxşı şansımız var.

- Gürcü azarkeşlərin Azərbaycan bayrağına, "Qəbələ"nin atributlarına, azarkeşlərinizə qarşı hərəkətlərini necə qəbul etdiniz?
- Artıq beş ildir Azərbaycanda yaşayıram və özümü bir azərbaycanlı kimi hiss edirəm. Bu ölkənin hər bir vətəndaşı kimi, mənə də orada gördüklərim qətiyyən xoş olmadı.

- Sizcə, onların bu hərəkətinə necə cavab vermək lazımdır?
- Biz onların bu davranışlarına ancaq öz qələbəmizlə cavab verməliyik. Bundan yaxşı heç nə düşünmək olmaz. Həm də biz mübarizəni ilk təsnifat mərhələsində dayandıra bilmərik.

- "Qəbələ"dən cavab oyununda nə gözləyək?
- Gürcüstan klubunu keçmək üçün yaxşı şansımız var. Sadəcə, qələbə qazanmaq lazımdır. Biz bunu bacaracaq gücdəyik. Meydanda xarakter nümayiş etdirməliyik. Birinci oyunla müqayisədə daha yaxşı çıxış etməliyik.

- Bəs ardıcıl ikinci mövsümdə də heç nə alınmasa, onda necə olacaq?
- Bu barədə heç danışmaq, düşünmək də istəmirəm. Mənim beynimdə ancaq bir şey var - qələbə!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.