7 iyul 2015 00:05
Vüqar Nadirov: Qarabağ Rudarı keçəcək
"Qarabağ"ın sabiq hücumçusu, hazırda "Xəzər Lənkəran"ın futbolçusu olan Vüqar Nadirov Ağdam klubunun Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Rudar"ına qarşı keçirəcəyi oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"a uğurlar arzulayıram. Bu, hər bir azərbaycanlının komandasıdır. Mən də onlara azarkeşlik edəcəyəm. Mənim fikrimcə, "Qarabağ" bu mərhələni keçəcək. Amma arxayınlaşmaq olmaz".
