6 iyul 2015 18:00
İvan Novoviç: Neftçi ilə cavab matçında qələbəyə köklənmişik
Çernoqoriyanın "Mladost" klubunun müdafiəçisi İvan Novoviç Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Bakıdakı oyunu əla keçirdik. "Neftçi" çox yaxşı komanda olduğunu göstərdi. Amma biz də öz oyunumuzu sərgiləyə bildik və əldə etdiyimiz nəticədən razı qalmaya bilmərik. Lakin bu nəticə hələ bizim növbəti mərhələyə çıxmağımız anlamına gəlmir. Qarşıda cavab oyunu var. Bütün diqqətimiz Podqoritsadakı oyuna yönəlib. Ən yaxşısına ümidliyik".
