6 iyul 2015 17:30
Neftçi Albaniya millisinin sabiq üzvünü heyətinə qata bilər
"Neftçi" Albaniya yığmasının sabiq üzvünü heyətinə qatmaq istəyir. Azerisport.az xəbər verir ki, söhbət yarımmüdafiəçi Edon Hasanidən gedir.
Albaniyanın "Kukesi" klubunda çıxış edən futbolçu komandasının Avstriya toplanışı zamanı "Neftçi" ilə yoxlama oyunu keçirərkən bakılıların maraq dairəsinə düşüb. Vaxtilə Albaniyanın, U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş oyunçunun "Neftçi"yə keçib-keçməyəcəyi aparılan danışıqlardan asılı olacaq.
Qeyd edək ki, Hasani ölkəsinin "Vlajniya", Bolqarıstanın "Liteks", Rumıniyanın "Çahlahul", "Timișoara" klublarının da şərəfini qoruyub.
