6 iyul 2015 17:15
Slavço Georgiyevski Laçi ilə cavab matçını buraxa bilər
"İnter"in yarımmüdafiəçisi Slavço Georgiyevki Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı cavab matçını buraxa bilər. Azerisport.az xəbər verir ki, buna səbəb onun Albaniyadakı ilk oyunda zədə almasıdır.
Həmin zədə makedoniyalı yarımmüdafiəçini hələ də narahat edir. Bu üzdən böyük ehtimalla legioner futbolçu qarşıdakı cavab görüşündə forma geyinməyəcək.
Qeyd edək ki, "İnter" - "Laçi" matçı iyulun 9-da Bakıda keçiriləcək. İlk matç 1:1 hesabıyla başa çatmışdı.
