6 iyul 2015 16:30

Böyükağa Hacıyev: Qəbələnin cavabı Dinamonu məğlub etmək olmalıdır

"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində klublarımızın avrokuboklardakı çıxışı barədə danışıb. Hacıyev hər üç komandanın mübarizəni davam etdirmək şansının olduğunu bildirib.

- Siz əvvəldən demişdiniz ki, "Neftçi" evdə "Mladost"la heç-heçə oynayacaq. Cavab görüşündə necə olacağını da təxmin etmək olar?
- İlk görüşün nəticəsini düz demişəm. Sözün düzü rəqibin bu qədər zəif oynayacağını gözləməzdim. "Neftçi" daha yaxşı təsir bağışladı. Sadəcə, "Neftçi" əvvəlki komanda deyil. 2:2 hesabı hər iki komandanın şansını saxlayır. İndi baş məşqçi Samir Əliyev komandanı toplamalıdır və cavab görüşü üçün düzgün taktika fikirləşməlidir. Cavab görüşündə Kaue iştirak edəcək. "Neftçi" yaxşı oynasa, ilk mərhələni keçə bilər.

- Deməli "Neftçi"nin oyunundan razı qalmısınız?
- Oyundan baş məşqçi razı qalmalıdır. Azarkeşlər isə nəticədən məmnun olmalıdır. Sadəcə, onu deyə bilərəm ki, "Mladost" güclü rəqib deyil. Bu mərhələni keçmək lazımdır.

- "İnter"dən səfərdə belə oyun gözləyirdiniz?
- "Bankirlər" ənənəsinə sadiq qaldı. Səfərdə 1:1 hesabı yaxşı nəticədir. Amma bu o demək deyil ki, "İnter" artıq ikinci mərhələdədir. "Laçi" pis komanda təsiri bağışlamadı. Heyətdə futbol oynamağı bacaran oyunçular var. "İnter" cavab görüşündə mütləq diqqətli olmalıdır. Əks halda mübarizəni dayandıra bilər. Ötən mövsümdə də "bankirlər" ev oyunlarında o qədər inamlı olmurdu. Bu mənada fikrimcə, şanslar bərabərdir.

- Gürcüstanda "Qəbələ" azlıqda qalan rəqiblə bacarmadı və 1:2 hesabıyla uduzdu. Sizcə, cavab görüşündə "Qəbələ" lazımi nəticəni qazanmaq gücündədir?
- Qriqorçuk xoşbəxt məşqçilərdəndir. İndiki zamanda onun dediyinə əməl edirlər. Yəni transferləri deyirəm. İstədikləri futbolçu alınır. Buna görə də oyun olmalıdır. Təəssüf ki, "Qəbələ"nin oyunu məni məyus etdi. Azlıqda qalan rəqibə uduzmağı qəbul etmək çətindir. Futbolçuların bəziləri maksimum gücünü göstərmədi. "Dinamo" "Qəbələ"ni daha yaxşı öyrənmişdi. Qriqorçuk cavab oyununa hazır olmalıdır. Bu heyətlə mütləq ilk mərhələni keçmək lazımdır.

- Amma ilk oyunun nəticəsi "Dinamo"nun şanslarını artırır...
- Tiflis komandasında gənc futbolçular çoxluq təşkil edirdi. Yaxşı formalaşan heyətləri var. "Qəbələ"yə qarşı göstərilən oyun o qədər inamlı deyildi. Müəyyən mənada təmsilçimiz müdafiədə səhvlər etdi. Ona görə cavab görüşündə həmin səhvlər düzəldilməlidir. Azərbaycan çempionatında medal qazanmaqla iş bitmir. Avrokuboklarda da layiqli oynamaq lazımdır.

- Gürcü azarkeşlərinin etdiklərini hərəkətdən yəqin xəbəriniz var. "Neftçi"də işlədiyiniz zaman "Çixura" ilə oyunda da buna oxşar banner asmışdılar...
- Gürcü azarkeşlərini başa düşmək çətindir. Bizimlə dost olduqlarını deyirlər, digər tərəfdən belə hərəkətlər nümayiş etdirir. Azərbaycan Gürcüstana hər zaman dost kimi münasibət bəsləyib. Onlardan eyni hərəkəti gözləyirik. Bəlkə də o gürcü deyil, orada yaşayan ermənilərin təxribatıdır. İstənilən halda meydan sahibi kimi Gürcüstan komandası rəsmi şəkildə üzr istəməlidir. Belə halları təkrarlamaq olmaz.

- Sizcə, "Qəbələ" azarkeşləri iyulun 9-da onlara cavab verməlidir?
- Gəlin təxribata getməyək. Azarkeşlərinin etdikləri hərəkətə görə "Dinamo" üzr istəsin. Edilən hərəkətə görə isə azarkeşlər yox, komanda cavab versin. Ən gözəl cavab "Qəbələ"nin böyükhesablı qələbəsi olar. Qoy Qriqorçukun komandası meydana çıxaraq kişi kimi oynasın və qalib gəlsin. Sonra görək onların azarkeşi nə edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.