6 iyul 2015 14:15
Qarabağın Rudarla cavab matçının vaxtı açıqlandı
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Çernoqoriya "Rudar"ı arasındakı cavab matçının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, həmin qarşılaşma iyulun 22-də baş tutacaq.
Petrovatsdakı "Pod Malim Brdom" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 23:45-də start götürəcək.
Qeyd edək ki, bu klublar arasındakı ilk oyun iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da başlayacaq.
