6 iyul 2015 13:30

Stamenkoviç: Neftçi və Azərbaycan xalqı həmişəlik qəlbimdə yaşayacaq

"Neftçi"nin sabiq qapıçısı Saşa Stamenkoviç paytaxt klubundan ayrılmasından, bu komandaya və Azərbaycana olan sevgisindən, eləcə də gələcək planlarından danışıb. Azerisport.az xəbər verir ki, o, Serbiya mətbuatına müsahibəsində öncə bunları söyləyib:

"Neftçi" barədə danışmaq mənə çətindir. Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Mladost"u ilə ilk oyunda azarkeşlər mənim şəklim olan banner asmışdılar və üzərində "Saşa, qayıt" sözlərini yazmışdılar. Bu mənzərəni görəndə ürəyim parçalandı, gözlərim yaşla doldu. Çünki bu insanları çox sevirəm. Onlarla çox gözəl münasibətimiz var idi. Azərbaycanla Serbiya arasında xüsusi münasibət var. "Neftçi" və Azərbaycan xalqı həmişə ürəyimdə yaşayacaq".

Təcrübəli qolkiperin sözlərinə görə, onun "Neftçi"dən gedişi qaçılmaz olub. Çünki paytaxt klubundakı maliyyə böhranı onu da özünə yeni iş yeri axtarmaq məcburiyyətində qoyub: "Onlar mənə qalmağı təklif etdilər. Amma təklif etdikləri məbləğ buna razılaşmağa imkan vermirdi. Bu üzdən əksər legionerlər klubu tərk etməli oldu. Düzdü, onlardan bəzisi komandada qalmaqdadır. Lakin onlar klubla müqaviləsi olanlar idi".

Stamenkoviç Moldovanın "Şerif" klubuna keçəcəyi barədə xəbərlərə də münasibət bildirib: "Mən qismətə inanıram. Bilirəm ki, Avropanın ciddi klublarından birində çıxış edə bilərəm. Əsas düzgün bir komanda seçməkdir. Tələsmək fikrim yoxdur. Çünki transfer bazarı yenicə qızışmağa başlayıb".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.