6 iyul 2015 12:00

Elnur Abdullayev: Beş ayın pulunu Simurqa bağışladım

"İnter"in yeni transferi Elnur Abdullayevin azerisport.az saytına müsahibəsi

- "İnter"ə keçidiniz necə alındı?
- Üç klubdan təklif almışdım. Amma digərləri ilə razılığa gələ bilmədim. Sonda "İnter"lə danışığımız alındı və altı aylıq müqavilə imzaladım.

- Komandaya Avropa Liqasında kömək etmək üçün gəlmisiniz?
- Belə deməzdim. Keçidim gec alındı. Çünki "Simurq"dan transfer vərəqəmi gec aldım. "İnter" hətta növbəti mərhələyə adlasa, yenə komandaya ilk oyunda kömək edə bilmərəm. Çünki avrokuboklarda cəzalı durumdayam. Onu hələ "Xəzər Lənkəran"da çıxış edərkən qazanmışdım. Hakim mənə durduğum yerdə qırmızı vərəqə vermişdi və UEFA da 3 oyunluq cəza qərarı çıxarmışdı.

- Yeni komandanız Albaniya "Laçi"si ilə səfərdə 1:1 hesablı bərabərliyə nail olub. Sizcə, ev oyununda qalib gəlmək mümkün olacaq?
- Fikrimcə, komandamız növbəti mərhələyə adlaya biləcək. Düzdür, ola bilər ki, ilk oyunda yüksək səviyyəli futbol sərgiləyə bilmədik. Amma bu kollektivin yeni qurulduğunu unutmamaq lazımdır. Komanda hər oyunda daha yaxşı çıxış edəcək.

- Baş məşqçi Zaur Svanadze ilə görüşmüsünüz?
- Bəli, görüşmüşük. Məni yaxşı qəbul etdi. Komanda gec qoşulmuşam. Buna görə köməkçi məşqçilərin rəhbərliyi altında əlavə də məşq etməli oluram.

- "İnter"ə keçidinizdə əsas rolu nə oynadı?
- Bu, Azərbaycan futbolunun son illərdəki ən güclü klublarından biridir. Komanda həmişə sabit oyun sərgiləməsi ilə seçilib.

- Amma indi bu klubun ciddi maliyyə problemləri var...
- Bir-iki klubu istisna etməklə, indi əksər komandalarda belə problemlər mövcuddur. Artıq yarım ildir ki, maaş üzü görmürəm. Amma nə edə bilərəm? Oynamağa davam etmək lazımdır. Hər şeyin düzələcəyinə inanıram.

- "Sumqayıt"a keçəcəyiniz deyilsə də, alınmadı. Niyə?
- Doğrudan da bu klubla razlığa gəlmişdik. Amma sonra nəsə alınmadı. Görünür, qismət elə "İnter"ə keçmək imiş.

- "Simurq"un indiki durumu ilə maraqlanırsınız?
- "Simurq"da ilk ayımın maaşını almışdım. Qalan beş ayı pulsuz oynadım. Orada əla kollektiv var idi. Çox istərdim ki, bu klub fəaliyyətini davam etdirsin. Mənə xeyli borcları var, amma mən həmin borcu bağışlayıram. Əminəm ki, yeni heyət toplayıb, çempionatda çıxış edəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.