5 iyul 2015 12:00

Nika Kvekveskiri: Laçinin güclü hücum xətti olsa da, biz müdafiədə oturmamalıyıq

Bakı "İnter"inin yarımmüdafiəçisi Nika Kvekveskiri Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı keçirilmiş ilk oyunla (1:1) bağlı azerisport.az saytının suallarını cavablandrıb:

- "Laçi" ilə ilk oyun barədə nə düşünürsünüz? Belə bir nəticə gözləyirdiniz?
- Albaniyada bizi çətin matç gözlədiyini bilirdim. Bu baxımdan gözləntilərim özünü doğrultdu. "Laçi" çox yaxşı komandadır, güclü hücumçuları var. Hücum potensialları çox yüksəkdir. Hesab 1:1 olmaya da bilərdi. Çünki həm rəqibin, həm də bizim qol vurmaq üçün başqa şanslarımız oldu. Amma hesabın oyuna görə olduğunu düşünürəm. Hər şeyə Bakıdakı oyunda aydınlıq gələcək.

- Gözəl qola imza atdınız. Cərimə zərbəsini yerinə yetirməyi sizə baş məşqçi tapşırmışdı, ya özünüz qol vuracağınızı hiss etdiyinizə görə məsuliyyəti üzərinizə götürdünüz?
- Oyundan öncə baş məşqçi standart vəziyyətləri kimin yerinə yetirəcəyini tapşırır. Sağ olsun ki, cərimə zərbəsini vurmağı mənə tapşırmışdı. Şadam ki, debüt matçımda qol vurdum, məşqçinin etimadını doğrultdum. Amma əsas olan səfərdə qol vurmağımızdır.

- "Laçi" ilə oyunda hansı çatışmazlıqlar özünü göstərdi?
- Əminəm ki, biz bundan da artığına malikik. Başa düşürdük ki, öz potensialımızı 100 faiz açmaq mümkün olmayacaq. Çünki kollektiv hələ yeni formalaşır. Hazırlıq üçün də vaxtımız az idi. Amma nə əldə etmişiksə, məşqçilər korpusunun sayəsində nail olmuşuq. Onlar qısa müddətdə bizə çox şey öyrədiblər. Lakin biz yenə də artıra bilərik.

- "İnter"in növbəti mərhələyə çıxmaq şanslarını necə qiymətləndirirsiniz?
- İlk baxışdan şansımızın çox olduğunu demək olar. Çünki səfərdə qol vurmuşuq. Amma hələ hər şey qarşıdadır. Bakıda var gücümüzü qoyacağıq və qələbəyə oynayacağıq. "Laçi"nin çox güclü hücum xətti var. Onlarla asan olmayacaq.

- Bakıda sizi qolsuz heç-heçə də qane edəcək...
- Mənim fikrimcə, müdafiədə oturmaq heç də yaxşı variant deyil. Belə taktika bizə fayda gətirməz. Biz öz futbolumuzu oynamağa borcluyuq. Sadəcə, oyunun gedişi göstərəcək ki, nəyi necə etmək lazımdır. Əsas odur ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirməliyik.

- Əvvəllər oynadığınız Tiflis "Dinamo"su "Qəbələ"yə öz meydanında qalib gəldi. Bu, sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Bu nəticənin mənim üçün gözlənilməz olduğunu deməzdim. Çünki "Dinamo"nun potensialına yaxşı bələdəm. Orada mənim dostlarım oynayır. Baş məşqçiləri də güclüdür. Fikrimcə, şanslar bərabərdir. Hesab edirəm ki, Qəbələdəki oyun da maraqlı və gərgin keçəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.