4 iyul 2015 14:00

Əsgər Abdullayev: Hər üç təmsilçimiz Avroliqada mərhələ adlaya bilər

Azərbaycan yığmasının sabiq baş məşqçisi Əsgər Abdullayevin azerisport.az saytına müsahibəsi

- Avropa Liqasındakı təmsilçilərimizdən hansının oyununa baxa bildiniz?
- "Neftçi" ilə "Qəbələ"nin oyununa baxdığımı deyə bilərəm.

- Hansının oyunu xoşunuza gəldi?
- Düzünü desəm, bakılılar daha motivasiyalı təsir bağışlayırdılar. Amma təcrübə çatışmazlığı bu komandanı məyus etdi. Buna baxmayaraq, "Neftçi" qələbəyə yaxın idi. Sadəcə, səhvlər buna mane oldu.

- Sizə elə gəlmir ki, Çernoqoriya "Mladost"u elə də güclü rəqib deyildi?
- Bu, birinci təsnifat mərhələsinin ilk oyunu idi. Rəqiblərdən yüksək səviyyəli oyun gözləməyə dəyməz. Amma çernoqoriyalılarla nisbətdə "Neftçi" daha yaxşı təsir bağışladı.

- Bu heç-heçədən sonra "ağ-qaralar"ın şansları necədir?
- İlk oyunu buraxan təcrübəli futbolçular cavab matçında sıraya dönsə, "Mladost"u səfərdə məğlub etmək olar. Bu, "Neftçi"nin keçməli olduğu komandadır. Hətta bütün problemlərə rəğmən. Bu klubun yetirməsi olaraq "Neftçi"ni ikinci təsnifat mərhələsində görməyi çox istərdim.

- Gürcüstanda "Dinamo"ya uduzan "Qəbələ" sizi də məyus etdi?
- Hələ oyundan öncə də Tiflis klubunun böyük ənənələrə sahib olduğunu söyləmişdim. Onlar topla oynamağı sevirlər. "Qəbələ" topu onlara verməklə səhvə yol verdi. Onları topsuz saxlamaq lazım idi. Rəqibin çoxlu boşluqları olsa da, bundan yararlana bilmədilər.

- Rəqibin hətta azlıqda qalması da "Qəbələ"yə kömək etmədi...
- "Qəbələ"nin yenə də yaxşı şansı var. Ev oyununda hətta bir qol da bu komandanı növbəti mərhələyə çıxaracaq. Şanslar 70-in 30-a "Qəbələ"nin xeyrinədir. Ümumiyyətlə, hər üç klubumuz Avroliqanın ikinci təsnifat mərhələsinə yüksələ bilər.

- Amma Avroliqa ərəfəsində "İnter"ə inanan çox az idi...
- Bəli, əksəriyyət elə düşünürdü. Amma Albaniya "Laçi"si ilə səfər heç-heçəsi təmsilçimizə növbəti mərhələyə adlamaq üçün yaxşı şans yaradır. Hətta deyərdim ki, digər klublarımızla müqayisədə ən yaxşı şansa malik olan elə "İnter"dir. Doğma meydanda "Laçi"yə qalib gəlmək olar və qalib gəlmək lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.