3 iyul 2015 19:00

Osman Aydoğdu: Hər kəs Qarabağın tam fərqli klub olduğunu söylədi

"Qarabağ"da mövsümlərarası dönəmdə bir sıra islahatlar oldu. Azerisport.az xəbər verir ki, Ağdam klubu bir neçə futbolçu ilə yollarını ayırarkən eyni zamanda sıralarına yeni oyunçular qatdı.

Bundan əlavə komandanın tibbi heyətində də dəyişiklik olub. Belə ki, tibbi personala yeni fizioterapevt-osteopatoloq daxil edilib. Osman Aydoğdu Belçika vətəndaşı olan türkiyəlidir. 36 yaşlı mütəxəssis ixtisası üzrə Belçikada təhsil alıb, Fransada dərəcə alıb, Avropada bir sıra təkmilləşdirmə kurslarında  iştirak edib.

Futbol sahəsində "Standard" da (Belçika) fizioterapevt kimi işə başlayan Aydoğdu, Seneqal millisində, Fransanın aşağı yaş qruplarında, eyni zamanda fərdi osteopatoloq  kimi Musa Sou, Demba Ba, Önder Turacı kimi futbolçularla çalışıb.

Ötən mövsüm isə "Trabzospor"da eyni vəzifəni yerinə yetirən Osman Aydoğdu artıq "Qarabağ"da bu funksiyanı yerinə yetirəcək. Aydoğdu klub saytına  təəssüratlarını bölüşüb: "Qarabağ" kimi kluba gədiyimə görə xoşbəxtəm. Təbii ki, bu komandadan təklif alanda yetərincə araşdırma apardım. Hər kəs "Qarabağ"ın tam fərqli klub olduğunu söylədi. "Qarabağ"ın daim iddialı, yüksək hədəflərinin olması da xoş amildir. Bir neçə gündür buradayam. Çox səmimi və ailə mühiti olan komandadır. Sanki, neçə ildir buradayam. Avropada dünyaya göz açmışam. Son mövsüm "Trabzonsor"da çalışmağımı nəzərə almasaq, demək olar ki, daim "köhnə qitə"də olmuşam. Azərbaycanı heç görmədim. Amma bir türk olaraq Azərbaycanın doğmalığını bilirəm. Bu hissləri artıq yaşayıram. Təbii ki, mənim məqsədim komandada mümkün olacaq zədələliləri minimum hala gətirməkdir. Bunun üçün sistemli çalışmaq çox önəmlidir.  Bu sahə yeni olsa da, getdikcə idmanın xüsusilə futbolun ayrılmaz hissəsinə çevrilir. Bütün hədəflərimiz bu istiqamətdədir. Komandamızda bu sahənin inkişafı üçün hər şeyi edəcəyəm. Türkiyədə  fizioterapevt yetişdirmə üzrə xüsusi seminarlar keçirirəm. İstərdim ki, Azərbaycanda çalışdığım müddətdə bu sahə üzrə bir neçə gənci yetişdirim. İnşallah, tərəfdaşlığımız hər 2 tərəf üçün xeyirli-uğurlu olar".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.