3 iyul 2015 17:45

Şahin Diniyev: Boşluqları legionerlərin hesabına doldurmağa çalışacağıq

İyul ayının 1-dən Bakıda təlim-məşq toplanışına başlayan “Kəpəz” hazırlıqlarını sürdürür. Azerisport.az xəbər verir ki, baş məşqçi Şahin Diniyev yetirmələrini səhər və axşam olmaqla gündə iki dəfə məşqə çıxarır. Səhər çalışmaları dəniz kənarında, günün ikinci məşqi isə “Dalğa Arena”da reallaşır. Futbolçular fiziki, taktiki və texniki hazırlıq üzərində işləyir.

Şahin Diniyev hazırlıqla bağlı klubun mətbuat xidmətinə fikirlərini açıqlayıb: “Çətindir, hər şeyə sıfırdan başlamağa məcburuq. Çalışırıq təməli elə quraq ki, komanda uzun müddət ayaqda ola bilsin. Uşaqlar səylə hazırlaşırlar. Heyət hələ tamamlanmayıb, komanda formalaşmayıb. Mənə elə gəlir ki, ikinci təlim-məşq toplanışından sonra komanda tam hazır olacaq”.

Təlim-məşq toplanışının bu mərhələsində 16 futbolçu iştirak edir: “Çatışmayan mövqelər üzrə oyunçulara ehtiyacımız var. Hazırlığa gec başlamağımız yerli futbolçular tapmaq işini çətinləşdirib. Boşluqlarımızı legionerlərin hesabına doldurmağa çalışacağıq. Legionerlər üçüncü təlim-məşq toplanışında bizə qoşulacaqlar. Əcnəbilərin sayı məhdud olacaq”.

Baş məşqçi komandanın məqsədlərindən də danışıb: “Əsas uğurlu çıxış etməkdir. Azarkeşlər qələbə istəyəcək. Amma indiki halda bizə vaxt lazımdır. Qarşıdakı mövsüm üçün ilk altılıqda olmağa çalışacağıq. Sonrakı mövsüm iddialı olacağıq. Gəncə futbolu həmişə iddialı olub, “Kəpəz”in iddiasını geri qaytarmalıyıq. Ona görə çalışmaq lazımdır”.

Sonda qeyd edək ki, “Kəpəz”in Bakı toplanışı iyulun 10-na kimi davam edəcək.

“Kəpəz” PFK-nın mətbuat xidməti

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.