3 iyul 2015 15:00

Georgi Nikolov: Albaniyaya ona görə getmədim ki, klubun burdakı problemlərini yoluna qoyum

"İnter"in prezidenti Georgi Nikolovun azerisport.az saytına müsahibəsi

- Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubu ilə səfər oyununuz 1:1 hesabıyla başa çatdı. Nəticədən razı qaldınız?
- Razıyam. Amma daha yaxşı nəticəyə nail ola bilərdik.

- "İnter"in sərgilədiyi oyunla bağlı nə deyə bilərsiniz?
- Stadionda deyildim. Oyunu Bakıdan izlədim. Bu, komandamın ən yaxşı oyunu deyildi. Amma nəzərə almaq lazımdır ki, komanda gec toplandı, futbolçular arasındakı anlaşma səviyyəsi istənilən kimi deyil. Nəticə isə oyuna görə oldu. Çox istərdim ki, cütün taleyi elə Albaniyadakı oyunda həll olunsun. Bakıda ehtiyatlı oynamalıyıq ki, növbəti mərhələyə vəsiqə qazanaq.

- "Laçi"nin baş məşqçisi iddia edib ki, "İnter" cərimə zərbəsindən vurulan qoldan başqa heç nə ilə yadda qalmadı...
- Mən Albaniya klubunun ifasında aqressivlikdən başqa xüsusi bir şey görmədim. Onlar bütün meydan boyu pressinq tətbiq edirdilər. Amma bizim müdafiə xəttimiz səliqəli çıxış etdi və rəqibə çox şans vermədi. Rəqib iki dəfə müdafiə xəttimizi ciddi şəkildə narahat etdi, onlardan da biri qolla nəticələndi.

- "İnter" bu komandanı mübarizədən kənarlaşdıra biləcək?
- Mən buna inanıram. Səfərdəki heç-heçədən yararlanmaq lazımdır. Üstünlüyümüzü qorumalıyıq. Mərhələ adlayacağımıza ümidliyəm.

- Klub prezidenti niyə Albaniyada, komandasının yanında deyildi?
- Bakıda vacib işlərimiz vardı. Burada qaldım ki, klubun mövcud problemlərini həll edim.

- İşləriniz hazırda nə yerdədir? Mətbuatda belə bir informasiya yayılıb ki, həm "İnter"ə, həm də "Simurq"a maliyyə yardımı göstəriləcək...
- Biz futbolun inkişafına dair yeni dövlət proqramının təsdiqlənməsini gözləyirik. Həmin proqramda klubların gələcək inkişafı üçün məsələlər də yer alacaq. Amma hazırda bu yöndə işlərin nə yerdə olduğundan xəbərim yoxdur.

- Deməli, hər şey əvvəlki kimi qaranlır qalır?
- Ümid edirəm ki, hər şey yaxşı olacaq. Həmişə belə qala bilməz. Gec-tez bizim problemlərimiz də həllini tapmalıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.