3 iyul 2015 14:00

Zirə hazırlığa start verdi

Növbəti mövsüm Topaz Premyer Liqasında çıxış edəcək “Zirə” hazırlığa start verib. Azerisport.az xəbər verir ki, iyunun 29-da futbolçular tibbi müayinədən keçib və iyunun 30-dan etibarən təlim-məşq toplanışının ilkin mərhələsi başlayıb.

Komanda məşqlərini “Bayıl Arena”da keçirir. Heyətdəki futbolçulardan yalnız biri hazırlıqda iştirak etmir. Tellur Mütəllimov zədəli olduğuna görə məşqlərə qatılmır. Digər futbolçulardan Aleksandr Şemonayevin yüngül zədəsi var və o, hazırlıqda iştirak etsə də fərdi məşq edir. Viktor İqbekoyi isə zədəsini tam sağaldaraq kollektiv hazırlıqda iştirak edir.

“Qartallar”ın baş məşqçisi Adil Şükürov güclü komanda formalaşdırmaq yolunda çalışdıqlarını deyib: “Komandamız yeni formalaşır və ilk məşqlərdən ümumi dözümlülük üzərində işləyirik. Hələ ki, görüləcək işlərimiz çoxdur. Məqsədimiz güclü kollektiv formalaşdırmaqdır. İndi yalnız bir legionerimiz var, lakin daha 5-6-nı cəlb etməyi düşünürük. Hazırda bir çox futbolçunu nəzərdən keçiririk. Hazırlığımızın ilk mərhələsində əsasən fiziki hazırlıq üzərində çalışacağıq. Bakıda olduğumuz müddətdə həmçinin, bir yoxlama oyunu da keçirəcəyik. Təlim-məşq toplanışının 2-ci mərhələsi Türkiyənin Ərzurum şəhərində olacaq və ayın 15-də qardaş ölkəyə gedəcəyik. Ərzurumda 4 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Hansı komandalarla qarşılaşacağımız hələ məlum deyil. Bu yöndə danışıqlar davam edir”.

Qeyd edək ki, Bakıdakı hazırlıq dövründə, iyulun 12-də komanda 19 yaşa qədər futbolçulardan ibarət yığma ilə qarşılaşacaq. Türkiyədəki təlim-məşq toplanışı isə iyulun 30-da başa çatacaq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.