3 iyul 2015 11:45

Ruslan Qurbanov: Mladostu da keçə bilməsək, kimi keçəcəyik?

"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Mladost"una qarşı keçirdikləri oyundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyun haqda nə deyə bilərsiniz?
- Pis oynamdıq. Amma iki adi qol buraxdıq. Halbuki, rəqib bundan başqa heç nə ilə yadda qalmadı. Sonda matçı qalib vurmağa sadəcə, güc çatmadı. Fikrimcə, ikinci qoldan sonra müdafiəyə daha çox diqqət ayırmalı idik. Amma biz yenə qol vurmağa çalışırdıq.

- Cavab oyununda nə olacaq?
- Səfərdə qalib gələcəyik. Özümüzə inanırıq. Toplanışda vaxtımız az oldu. Çünki komandaya yeni sistem tətbiq olunur. Bunun üçün isə vaxta ehtiyac var.

- "Neftçi" matçın sonunda çox yorğun görünürdü...
- Bəli, komanda yorulmuşdu. Amma biz ümidimizi itirmirik və səfərdə növbəti mərhələyə vəsiqə qaznacağımıza inanırıq. "Mladost"u da keçə bilməsək, kimi keçəcəyik?

- Bu komandanı keçə bilməməyiniz faciə sayıla bilər?
- Belə deməzdim. Hər bir komanda qalib də gələ bilər, uduza da. Amma biz azarkeşlərimizi, siz jurnalistləri sevindirməyə çalışacağıq. Biz özümüz də bunu çox istəyirik.

- Yəqin ki, rəqib də öz meydanında Bakıdakından daha yaxşı oynayacaq...
- Onlar daha çox qol buraxmamağa çalışacaqlar. Bizə isə mütləq qol vurmaq lazımdır. Buna borcluyuq. "Neftçi" əvvəllər də öz meydanında zəif oynayıb, amma rəqib meydanında qalib gələrək, mərhələ keçib. Gənc komandamız var. Bizə vaxt lazımdır. Gələcəkdə necə oynayacağımızı özünüz də görəcəksiniz.

- Klub rəhbərliyi oyundan sonra futbolçularla görüşdü?
- Mən rəhbərliyi oyundan sonra görmədim. Çünki çimməyə getmişdim.

- Bəs Samir Əliyev nə dedi?
- Sona qədər mübarizə apardığımıza görə hər birimizə təşəkkür etdi. Bildirdi ki, ciddi heç nə baş verməyib və növbəti mərhələyə vəsiqə qazanmaq üçün cavab oyunu da var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.