3 iyul 2015 00:05

Roman Qriqorçuk: Səfər matçında qol vurmuşuq, növbəti mərhələ haqda düşünə bilərik

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" (Tiflis) klubuna qarşı keçirdikləri ilk oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir.

- Azlıqda qalan komandadan necə iki qol buraxmaq olar?
- Bu, hokkey yox, futboldur. Qolları əks-hücumda, fərdi səhvlər nəticəsində buraxdıq. "Dinamo" düzgün oynadı.

- Növbəti mərhələyə adlamağa ümidiniz var? Dodo ilə Rəşad Sadiqovu meydana buraxmaqda gecikdiyinizi düşünmürsünüz?
- Oyunun gedişatını dəyişmək üçün ələ düşən şanslardan yararlanmaq istəyirdik. Dodonu buraxdım ki, cinah hücumlarımızın kəsərini artıraq. Əvəzetmələrdə gecikdiyimizi düşünmürəm. Dodo uzun müddət idi oynamırdı. Ona görə düşündüm ki, çox oynaya bilməz. Digər sualınıza gəlincə, növbəti mərhələyə adlamaq barədə düşünürük. Çünki səfərdə qol vurmuşuq.

- Şansları necə dəyərləndirərdiniz?
- Dəqiq deyə bilmərəm, amma şans var. Cavab oyununda daha yaxşı oynamağımız lazımdır. Səhvlər olur, sadəcə, onları təkrarlamamaq lazımdır.

- Bir həftə bu səhvləri aradan qaldırmağa yetəcək?
- Müdafiədə bu qədər səhvlərə yol verməyimizi xatırlamıram. Sonuncu qolu öz səhvimizdən buraxdıq. Bu, izahı olmayan bir səhv idi. Yəqin ki, bu gün bizim günümüz deyildi.

- 10 gənc futbolçuya uduzmaq nə dərəcədə üzücüdür?
- Artıq səhvlər barədə danışdım. 15 nəfərlə oynayarkən də qol buraxmaq olar. Bizim də qol vəziyyətlərimiz çox idi. Sadəcə, yararlana bilmədik.

- Ruslan Abışova layiqli əvəzləyici tapa bilməmisiniz?
- Abışova hörmətim var. Düzdür, müdafiəçilərimiz səhvlərə yol verdilər. Amma onların pis oyunçu olduqlarını deməzdim.

- Avqustun 11-də Tiflisdə keçiriləcək UEFA Super Kubokunu izləməyə gələcksiniz?
- Dəvətinizə görə təşəkkürümü bildirirəm. Amam mən öz avrokubok matçımıza hazırlaşacağam.

- "Qəbələ" bir həftə sonra "Dinamo"ya qalib gələ biləcək?
- Yeni komandanı formalaşdırmaq, yaxşı futbol sərgiləmək üçün vaxt lazımdır. Daha çox oyun keçirmək lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.