2 iyul 2015 18:20
İki legioneri İnterə kömək edə bilməyəcək
"İnter" Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Albaniyanın "Laçi" klubu ilə ilk oyuna iki ciddi itki ilə çıxacaq. Azerisport.az xəbər verir ki, komandanın təcrübəli futbolçuları Slavço Georgiyevski və Dieqo Madriqal Albaniyada meydana çıxa bilməyəcəklər.
Buna səbəb hər iki legionerin zədəli olmasıdır.
