2 iyul 2015 16:00

Mahmud Qurbanov: Bu gün Neftçidən böyük uğurlar gözləmək düzgün olmaz

Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün ilk oyunlarını keçirəcək təmsilçilərimizin şanslarını dəyərləndirib. Azerisport.az sizi həmin fikirlərlə tanış edir:

"Neftçi" - "Mladost" (Çernoqoriya)
"Neftçi"nin heyətində dəyişikliklər olub. Çoxlu futbolçu gedib, baş məşqçi dəyişib. Yenilər təcrübəsizdirlər, amma perspektivli futbolçulardır. Digər klublarda icarə əsasında çıxış edənlərdən də qayıdanlar var. Məncə, "Neftçi"yə ilk oyunda çətin olacaq. Çünki komandanın hazırlıq üçün də az vaxtı var idi. Bu gün "Neftçi"dən böyük uğurlar gözləmək düzgün olmaz. Amma bütün çətinliklərə baxmayaraq, komandamız "Mladost"u keçə bilər.

"Laçi" (Albaniya) – "İnter"
"İnter"in də baş məşqçisi, çoxlu futbolçusu gedib. Amma komandaya xeyli təcrübəli futbolçu gətirilib. Ona görə də bu klubun imkanı əvvəlki kimi olmasa da, heyəti güclüdür. Bu komandanın da hazırlıq üçün çox vaxtı yox idi. "İnter" heç digər klublarımızdan fərqli, ölkə xaricinə təlim-məşq toplanışına da getmədi. Oyunçular arasındakı anlaşma səviyyəsinin necəliyindən də xəbərimiz yoxdur. İstənilən halda təcrübənin sözünü deyəcəyinə inanıram. "Laçi" ilə qarşılaşmalar çətin olacaq. Amma bu komandanı keçmək olar".

"Dinamo" (Tiflis, Gürcüstan) - "Qəbələ"
"Dinamo"nun zəif komanda olduğunu deməzdim. Gürcü futbolçular həmişə öz texnikaları ilə fərqlənirlər. Amma "Qəbələ" Avroliqanın qrup mərhələsinə düşməyi hədəfləyibsə, "Dinamo"ya hər iki oyunda qalib gəlmək lazımdır. Bölgə klubu "İnter" və "Simurq"dan yaxşı oyunçular aldı. Komandanın avrokuboklarda böyük təcrübəsi olmasa da, heyətindəki oyunçuların kifayət qədər təcrübəli olduğunu demək olar. "Qəbələ"nin heyətində yığma üzvləri də var. Ona görə də komandadan qələbə gözləyirəm.

Bütövlükdə, klublarımızın hamısından uğurlu nəticə gözləyirəm. İnanmaq istərdim ki, qrup mərhələsində Azərbaycan təmsilçiləri də yer alacaq. Hər şey hazırlıq səviyyəsindən və rəqiblərin kimliyindən asılı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.