2 iyul 2015 14:00

Aryan Şeta: Favorit İnterdir, amma Laçi sürpriz edə bilər

Albaniyanın "Laçi" klubunun müdafiəçisi Aryan Şeta Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirəcəkləri oyun öncəsi bir sıra suallara cavab verib. Azerisport.az sizi həmin fikirlərlə tanış edir:

- Bizim hədəfimiz növbəti mərhələyə çıxmaqdır. Amma bu, heç də asan olmayacaq. Bunun üçün bəxt də bizim tərəfimizdə olmalıdır.

- Komandanız oyuna necə hazırlaşa bilib?
- İki həftə toplanış keçdik. Həmin müddətdə çox intensiv məşq etdik ki, yaxşı forma toplayaq. Bizi təcrübəli komanda ilə görüş gözləsə də, kollektiv olaraq sakitik. İstənilən rəqibə qarşı mübarizə apara bilərik. Uğur qazanmaq istəyirik.

- İlk oyun öncəsi heyətdə itkilər var?
- Yayın əvvəlində bu baxımdan işlərimiz qaydasında deyildi. Bir sıra aparıcı futbolçularımız komandanı tərk etdi. Bəziləri isə zədəsini sağaltmaqla məşğuldur. Ona görə bu oyunda "İnter" favorit hesab oluna bilər.

- Bu, psixoloji baxımdan sizə mənfi təsir etmir?
- Rəqibin bizdən daha yüksəkdə durduğunu bilirik. Azərbaycanlıların avrokubok təcrübəsi bizdən daha çoxdur. Amma hər şeyə iki oyunun nəticəsində aydınlıq gələcək. Rəqibin favorit sayılması bizə təsir etməməlidir. Əksinə, bu, "İnter" üzərində təzyiq yaradacaq, biz isə öz oyunumuzu sərgiləməyə çalışacağıq. Sizi əmin edirəm ki, "Laçi" Avropa Liqasında sürpriz edə biləcək.

- İlk matçın doğma meydanda keçirilməsi sizə nə dərəcədə təsir edə bilər?
- Fikrimcə, biz hər iki oyunda maksimum güc qoymağa borcluyuq. Ola bilər ki, ilk oyunda oyunumuz alınmasın, amma cavab görüşündə yaxşı çıxış edək. Fikrimcə, ilk qarşılaşmada müsbət nəticəyə nail olsaq, Bakıdakı görüşdə növbəti mərhələyə adlamaq üçün real şansımız olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.