2 iyul 2015 13:00
Ramin Musayev: Qəbələdən qələbə gözləyirəm, İnterə isə çətin olacaq
PFL prezidenti Ramin Musayev bu gün Avropa Liqasında ilk oyunlarına çıxacaq "Neftçi", "İnter" və "Qəbələ"nin şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnanıram ki, komandalarımız yaxşı oyun sərgiləyib, uğurlu nəticələr qazanacaqlar. "Neftçi"nin "Mladost"la oyununu canlı izləməyi planlaşdırıram. "Qəbələ"dən "Dinamo" üzərində qələbə gözləyirəm. "İnter"ə isə çox çətin olacaq. Yeni baş məşqçi, yeni heyətdir. Bütün klublarımıza avrokubokların yeni mövsümündə uğurlar arzulayıram".
