2 iyul 2015 22:25

İnter Albaniyadan heç-heçə ilə qayıdır

Bu gün UEFA Avropa Liqasında 2015/16 mövsümünə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində bu mövsüm də üç klub təmsil edir.

Bunlardan biri son mövsüm Premyer Liqada 2-ci yeri tutmuş "İnter"dir. Paytaxt təmsilçisinin ilk rəqibi isə Albaniyanın "Laçi" klubudur. Bakılılar bu rəqibinə qarşı ilk oyunu səfərdə keçirib. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma fasilədən sonra bakılılar hesaba tarazlıq gətirə biliblər. 90 dəqiqənin tamamında tərəflər meydandan heç-heçə ilə ayrılıblar. Nəticədə, "İnter" səfərdən sərfəli nəticə ilə qayıtmağı bacarıb.

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda, "İnter Arena"da keçiriləcək.

Avropa Liqası
Birinci təsnifat mərhələsi
(İlk oyun)
2 iyul

"Laçi" - "İnter" - 1:1 (1:0)
Qollar: A.Meto, 20 (1:0). N.Kvekveskiri, 47 (1:1).
Sarı vərəqə: T.Sefqyini, 46. A.Şeta, 60. M.Abbasov, 70. A.Meto, 90+4.
Baş hakim: Karlos del Kerro (İspaniya).
Laçi. "Laçi" stadionu.

"Laçi": 31. Miroslav Vuyadinoviç, 3. Emlyano Çela, 5. Aryan Şeta, 7. Elton Doku (19. Valdan Nimani, 56), 11. Taulant Sefqyini, 10. Eryon Vuçay, 14. Arqyend Mustafa, 18. Aqim Meto (9. Aldo Mitray, 78), 21. Olsi Teqya, 28. Emilyano Velyaj (k), 8. Sequn Adeniyi.
Ehtiyat oyunçular: 1. Şpetim Moçka, 4. Mtey Baqariç, 6. Mikelanxo Bardi, 16. Edison Ndreça.
Baş məşqçi: Armando Kunqu.
"İnter": 25. Səlahət Ağayev (k), 3. Xuanfran, 4. Laşa Kasradze, 14. Zurab Xizanişvili, 30. Abbas Hüseynov, 7. Nika Kvekveskiri, 13. Mirsayib Abbasov (45. İlkin Sadıqov, 74), 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 11. Rauf Əliyev (18. Mənsur Nəhavəndi, 90+3), 20. Yuri Fomenko (8. Nizami Hacıyev, 43).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 2. Taşqın Sertan, 5. Denis Silva, 39. Elnur Süleymanov.
Baş məşqçi: Zaur Svanadze.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.