Laçinin baş məşqçisi: Bakıda problemlə üzləşməyimizi istəmirəm
Albaniyanın "Laçi" klubunun baş məşqçisi Armando Kunqu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçiriləcək ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ötən gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Bizə kifayət qədər ciddi rəqib düşüb. Ən azından səviyyəcə bizdən üstündürlər. Amma bu, o demək deyil ki, mən və futbolçularım növbəti mərhələyə çıxmağımıza inanmırıq. Qələbəyə oynayacağıq. Ev oyununda azarkeşlərimizin də dəstəyinə ümidliyəm. Bakıdakı cavab oyununda problemlə üzləşməyimizi istəmirəm. Ona görə də ilk oyunda yaxşı nəticə qazanmalıyıq. Komandamın nəyə qadir olduğunu yaxşı bilirəm. Albaniya kubokunun finalında oynadığımız kimi çıxış etsək, uğurlu sonluğa ümid edə bilərik".
