2 iyul 2015 11:20
Zaur Svanadze: Növbəti mərhələyə vəsiqənin sahibi Laçidə yox, Bakıda bilinəcək
"İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ötən gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Komandamızda böyük dəyişikliklər olub. Heyətdə çoxlu gənc futbolçular peyda olub. "Laçi" isə çox ciddi rəqibdir. Qarşıdakı oyun bizim üçün çox çətin olacaq. Fikrimcə, növbəti mərhələyə vəsiqənin taleyi Laçidə yox, Bakıdakı oyunda müəyyənləşəcək. Bu barədə hər şeyə bir həftə sonrakı oyun başa çatanda aydınlıq gələcək".
