2 iyul 2015 00:20
Bəhram Bağırzadə Neftçi azarkeşləri ilə birgə şəhər turuna çıxdı
"Neftçi" PFK ötən gün komandanın azarkeşləri üçün çağırış turu təşkil edib. Azerisport.az xəbər verir ki, klubun Müşahidə Şurasının üzvü Bəhram Bağırzadənin iştirakı ilə keçirilmiş şəhər turunda "Neftçi"nin qızlardan ibarət komandasının üzvləri və azarkeşlər iştirak ediblər.
“Baku City” tur avtobusu ilə şəhərin mərkəzini gəzən azarkeşlər Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Mladost" matçına çağırış şüarları da səsləndiriblər.
Xatırladaq ki, "Neftçi" - "Mladost" oyunu bu gün "Bakcell Arena"da keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.




