2 iyul 2015 00:00

Cavid Hüseynov: Məqsəd mərhələ keçməkdir

“Hazırkı “Qəbələ” mövsümü bürünc medalla bitirən komandadan fərqlənir. Ən azı ona görə ki, heyətimizdə böyük dəyişikliklər olub. Bəzi futbolçularımız getdi, yeni oyunçular gəldi. Ancaq məşqlərimiz əvvəlki səviyyədə davam edir”. Azerisport.az xəbər verir ki, bu fikirləri "Qəbələ İK" qəzetinə açıqlamasında ötən mövsümdə bombardirimiz olan Cavid Hüseynov deyib. 27 yaşlı yarımmüdafiəçi Ərzurumda keçirilən təlim-məşq toplanışının faydalı olduğunu və komandanın Avropa Liqasına yaxşı hazırlaşdığını bildirib:

“Yeni transferlərimiz məşqlərdə, yoxlama matçlarında yaxşı təsir bağışladılar. Ancaq onlara əsl qiyməti rəsmi matçlar verəcək. Avropa Liqasının ilk mərhələsində qarşılaşacağımız Tiflis “Dinamo”su zəif rəqib deyil, futbol ənənələri, böyük uğurları olan klubdur. Buna görə də, gürcülərlə sınağa ciddi hazırlaşmışıq. İstəyimiz “Dinamo”nu keçib, növbəti mərhələyə çıxmaqdır”.

“Dinamo”da heyətin böyük hissəsinin gənc futbolçulardan təşkil olunmasına toxunan Cavid rəqibi yaxşı təhlil etdiklərini də deyir: “Dinamo”nun heyəti, əsasən, gənc futbolçulardan qurulub. Gənclər olan yerdə bir qayda olaraq, fiziki hazırlıq ön plana çəkilir. Üstəlik, gürcü futbolçular həmişə texnikalı oyunla seçiliblər. Baş məşqçimiz rəqibi təhlil edərək, bizə məlumat verib. Onların zəif nöqtələrini araşdırıb, oyunu bunun üzərində quracağıq. İstənilən halda, Tiflis klubu keçiləsi rəqibdir. Mən “Dinamo”nu bizim üçün münasib rəqib sayıram. Ancaq arxayınlaşmaq olmaz, oyuna ciddi yanaşmaq lazımdır”.

Yeni kapitan ilk oyunu səfərdə keçirəcək “Qəbələ” üçün bunu üstünlük saymır. Ümumiyyətlə, təcrübəli futbolçu belə matçlarda ilk oyunu harada keçirməkdə fərq görmədiyini bildirib: “Doğrudur, futbolda belə qəbul olunub ki, ilk oyunu səfərdə keçirmək daha yaxşıdır. Bu da ona görədir ki, məsələn, səfərdə 1:2 hesabı ilə uduzub, evdə 1:0 qalib gəlsən, mərhələ keçmək olur. Ancaq şəxsən mənim üçün birinci matçı evdə, yoxsa səfərdə keçirməyin fərqi yoxdur”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.