1 iyul 2015 16:30

Rikardinyo: Biz Qəbələnin tarixində yeni səhifə yazmaq istəyirik

"Qəbələ"nin müdafiəçisi Rikardinyonun azerisport.az saytına müsahibəsi

- Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağınız Tiflis "Dinamo"su (Gürcüstan) ilə ilk oyuna necə hazırlaşmısınız?
- Hazırlığa başladığımız dövrdən etibarən yaxşı tempdə məşq etdik. Fikrimcə, hazırlıq yüksək səviyyədə keçdi. Məşqçilər korpusu bizdən razı qaldı. Amma bizim qarşıdakı oyunlara nə dərəcədə hazır olduğumuzu həmin görüşlər göstərəcək.

- "Qəbələ"də mövsümlərarası fasilədə çoxlu dəyişikliyin baş verməsi problem yaratmayacaq?
- Yeni futbolçularımız kifayət qədər səviyyəlidirlər. Sadəcə, bizə müəyyən vaxt lazımdır ki, yeni gələnlərin hər biri oyun üslubumuza tam alışsınlar.

- "Dinamo" barədə nə bilirsiniz?
- Etiraf edim ki, "Dinamo" barədə elə də çox məlumatım yoxdur. Bilirəm ki, çox təhlükəli və güclü komandadır. Xüsusilə də öz meydanlarında oynayanda. Klubun böyük tarixi var.

- Gürcülərin öz meydanında təhlükəli olduğunu nəzərə alsaq, Tilfisdəki oyundan nə gözləyək?
- Biz hər şeyə hazır olmalıyıq. Amma təbii ki, məğlubiyyət bizi qane etməyəcək. Toplanış dövründəki hazırlığımızı oyunda göstərməliyik.

- Şanslar barədə nə deyə bilərsiniz?
- Bu barədə sizə hələ nəsə deyə bilmərəm. Amma ümid edirəm ki, Avroliqanın bu mövsümündəki çıxışımız "Dinamo"ya qarşı keçirəcəyimiz oyunlarla məhdudlaşmayacaq.

- "Qəbələ" bu komanda ilə oyunlarda avrokuboklardakı ilk qolunu vura, ilk xalını və qələbəsini qazana bilər...
- Komandamız ilk dəfə avrokuboklarda ötən mövsüm çıxış etdiyini bilirdim. Amma qol vurmadığından xəbərsiz idim. İndi bunun elə də önəmi yoxdur. Biz klub tarixində yeni səhifə yazmaq istəyirik. Yeni komandamız var. Keçmişlə yox, gələcəklə yaşamaq lazımdır. Əminəm ki, bu gələcək parlaq olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.