1 iyul 2015 00:05

Georgi Gequçadze: Qəbələ transferlərdə çox fəallıq göstərib

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”ni öz meydanında qəbul edəcək Tiflis “Dinamo”sunun bas məsqçisi Georgi Gequçadze "Qəbələ İK" qəzetinə eksklüziv müsahibə verib. Azerisport.az xəbər verir ki, gürcü mütəxəssis açıqlamasında komandasının Avropa Liqasına hazırlıgını və bu yarısda imkanlarını dəyərləndirib, “Qəbələ” ilə baglı fikirlərini bölüsüb.

Bu ilin mayında komandanın “sükanı arxası”na keçən 50 yaşlı gürcü mütəxəssis hazırkı “Qəbələ”nin imkanlarını müfəssəl dəyərləndirməkdə çətinlik çəkib: “Çünki bildiyimə görə, mövsüm bitəndən sonra komandanızın heyətində böyük dəyişikliklər olub. “Qəbələ” avroliqa oyunları ərəfəsində transfer bazarında çox fəallıq göstərib. Heyətinə cəlb etdiyi oyunçuların karyeralarına nəzər salmışam. Yetərincə səviyyəli futbolçulardır. Buna görə ciddi rəqiblə görüşəcəyimizi və bizi çətin sınaq gözlədiyini deyə bilərəm”.

“Dinamo”nun baş məşqçisi “Qəbələ”nin ötən mövsümdəki oyunlarını izləsə də, komanda haqqında yüksək fikirdədir. Gürcü çalışdırıcı belə bir komandanın formalaşmasında baş məşqçinin böyük rolu olduğunu söyləyib: “Keçən mövsümdə keçirdiyiniz bəzi oyunlarınızın fraqmentlərinə baxmışam. Mükafata layiq, samballı komandadır, meydanda yaxşı təsir bağışlayır. Həm də komanda yaradıcı oyun göstərməyə çalışır. “Qəbələ” rəqibinə xeyli problem yarada bilən komandadır. Ukraynalı həmkarım Roman Qriqorçukla şəxsi tanışlığım olmasa da, karyerasına əsasən, işinə qiymət verə bilərəm. Məşqçilik fəaliyyəti dövründə çox uğurlar qazanıb. Bildiyimə görə, Qriqorçuk savadlı mütəxəssisdir, məşqçilik işindən yaxşı baş çıxarır. Bu, məndə ona qarşı rəğbət oyadıb. Deməli, biz həm də yüksək səviyyəli mütəxəssislə mübarizə aparmalı olacağıq”.

Tiflis “Dinamo”su Avroliqaya hazırlıq məqsədilə Sloveniyada təlim-məşq toplanışı keçib. Hazırlıqdan razı qalan baş məşqçi indiki heyət barədə də qısa məlumat verdi: “Bizdən də bir neçə futbolçu gedib, əvəzinə yeniləri gəlib. Məsələn, ötən mövsüm əsas qol ümidlərimizdən olan ispan hücumçu artıq sıralarımızda deyil. İstənilən halda, “Qəbələ”dən fərqli olaraq, “Dinamo”da heyətlə bağlı dəyişikliklər çox deyil. Bizim komanda çox gəncdir. Yetirmələrim baxımlı futbol oynamağa çalışırlar. Futbolda nəticəyə hər şey təsir göstərə bilər. Təsadüfi heç nə olmur. Ola bilər ki, təcrübəli futbolçuların çoxluğu “Qəbələ”nin xeyrinə olacaq. Ancaq gənc futbolçuların çoxluğu bizə üstünlük verə bilər. Bir sözlə, hər şeyi oyunlar göstərəcək. Əvvəldən dəqiq söz demək çətindir”.

Gequçadzenin fikrincə, komandasının mövsüm bitəndən sonra gücləndiyini, yoxsa zəiflədiyini “Qəbələ”ylə oyunlar göstərəcək: “Hesab edirəm ki, Avropa Liqasında oyunlar bizim üçün böyük təcrübə olacaq. Turnirdə məqsədimiz imkan daxilində çox irəliləməkdir. “Qəbələ”nin “İnter”lə yoxlama oyunu keçirərək qalib gəldiyini bilirəm. Ancaq “İnter”i çalışdıran həmyerlim Zaur Svanadze, yaxud həmin komandada oynayan gürcü futbolçulardan hazırkı “Qəbələ” haqda məlumat almamışam”.

“Dinamo”nun çalışdırıcısı ilk oyunun harada keçirilməsinin daha münasib olmasıyla bağlı məsələyə də birmənalı cavab verməyib: “Avrokuboklarda evdə başlayıb, ardından səfərdə oynamağın həm üstünlükləri, həm də mənfi cəhətləri var. İlk matçı öz meydanında keçirirsənsə, oyunun strategiyası da dəyişir. Təbii ki, istəyirəm ki, növbəti mərhələyə keçək. Bunun üçün sonadək mübarizə aparacağıq. Kimin favorit olduğunu oyunadək söyləmək çətindir. Bəli, Tiflis “Dinamo”sunun avrokuboklarda təcrübəsi böyükdür. “Qəbələ” isə yalnız ötən il qitəmqiyaslı turnirdə çıxış edib. Ancaq bu, hələ heç nə demək deyil. Komandada təcrübəni futbolçular yaradır. “Qəbələ”də də belə oyunçular çoxdur”.

Qeyd edək ki, 2004/05 mövsümündə “Dinamo”nu UEFA kubokunun qrupuna o vaxt da komandanın bas məsqçisi olmus Georgi Gequçadze çıxarıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.