30 iyun 2015 15:00

Elxan Abdullayev: İnterdə baş verənlər Azərbaycan futbolunun faciəsidir

Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayevin azerisport.az saytına müsahibəsi

- Avropa Liqasındakı təmsilçilərimizin şanslarını necə qiymətləndirə bilərsiniz?
- Proqnoz verməyəcəyəm. Bunun da səbəbi sadədir. Çünki rəqib komandaların hansı səviyyədə olduğunu bilmirəm. Sadəcə, öz klublarımızda baş verənlərdən xəbərim var. Hər bir klubumuza uğurlar arzulayıram. İstənilən halda rəqiblərin adları mərhələ keçməyimizə şərait yaradır.

- Mütəxəssislərin hamısı klublarımızın ilk rəqiblərini keçməyə borclu olduğunu deyir. Klublar isə əksinə, az qala tarixlərində ən çətin oyunlarına çıxacaqlarını bildirirlər. Kimə inanaq?
- Klubları başa düşmək olar. Hər halda onlar rəqiblərini analiz etməyə imkan tapıblar. Onlara elə görünür. Rəqiblərinin gücünü belə şişirdirlərsə, deməli, özlərini zəif hesab edirlər.

- Albaniya, Çernoqoriya və Gürcüstan klublarını bizimkilərlə eyni səviyyədə hesab etmək olarmı? Baxmayaraq ki, son illərdə qazandığımız uğurlar klublarımızın ancaq qrup mərhələsinə düşməyi düşünməsinə əsas verir...
- Adına görə götürsək, təbii ki, Tiflis "Dinamo"su "Qəbələ"ni üstələyir. Çünki bu klub tarixi ərzində çox böyük uğurlara imza atıb. Amma bu gün üçün "Qəbələ" Gürcüstan klubunu bütün parametrlərdə üstələyir. Azərbaycan klubunun keyfiyyətli, təcrübəli futbolçuları var, maddi-texniki bazası, yaxşı məşqçilər korpusu mövcuddur. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, Gürcüstan futbolu da həmişə yaxşı olub. Bu komandaların oyunu maraqlı olacaq. Təmsilçimizə asan olacağını düşünmürəm. "Dinamo" gənclərin ümidinə qalmasına baxmayaraq, zəif komanda deyil. Ümumiyyətlə, komandalara belə yanaşmanı düzgün hesab etmirəm. "Qəbələ"yə qarşı 13 yaşlı uşaqları çıxarmayacaqlar ki.

- "Neftçi"nin heyətində və məşqçilər korpusunda ciddi dəyişikliklər oldu. Komanda Avstriya toplanışındakı üç yoxlama oyununda da ardıcıl məğlubiyyətlərlə üzləşdi...
- Bu, göstərici deyil. Baxmayaraq ki, "Neftçi"nin heyətlə bağlı problemləri var. Çoxlu oyunçu gedib, yeniləri gəlib. Bu baxımdan yeganə üstünlük "Qarabağ"dadır. Qalan klublarımızda həm gedənlər, həm də gələnlər yetərincədir. Həm "Neftçi", həm də "Qarabağ"a Çernoqoriya klubları düşüb. Balkan komandalarından isə həmişə ehtiyatlanmaq lazımdır. Bu ölkələrin yaxşı futbol məktəbi olur. Onlar üçün adlı-sanlı rəqib anlayışı yoxdur. Bacardıqları futbolu sərgiləyirlər. Təmsilçilərimizə xüsusilə səfər oyunları daha çətin olacaq. "Rudar" Çernoqoriya çempionudur və qətiyyən zəif ola bilməz.

- Bəs "İnter" barədə hansı fikirdəsiniz?
- Bu komanda nəsə etmək istəyir. Amma inanmaq çətindir. Bu klubda baş verənlər Azərbaycan futbolu üçün böyük faciədir. "İnter"in son mövsümdəki heyəti qalsaydı, əminliklə "Laçi" səddini keçəcəklərini deyərdim. Amma bu gün buna elə də çox inanmıram. Klubun yeni transferlərinin heç birini ciddi saymaq olmaz. Əvəzində çox ciddi itkilər oldu. Tamamilə yeni komandadır. Heyətdə yer alanların isə yarısı tamamilə gənclər, yarısı da karyerasının qürub çağını yaşayanlardır. Futbolda hər şey olur. Bu komanda hətta bir mərhələ keçsə belə, yenə də onların Avroliqada böyük uğur qazanacağına inam artası deyil. "İnter"in indiki səviyyəsi Avroliqada oynamağa imkan vermir. Onlar hazır deyillər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.