30 iyun 2015 14:30
Mladost - Neftçi matçının da start saatı müəyyənləşdi
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriyanın "Mladost" klubu ilə qarşılaşacaq "Neftçi"nin bu komanda ilə cavab görüşünün də başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Çernoriyada, "Qradski" stadionunda keçiriləcək cavab görüşü iyulun 9-da baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, bu komandaların ilk görüşü iyulun 2-də "Bakcell Arena"da keçiriləcək. İlk matçın start fiti saat 21:00-da səslənəcək.
