30 iyun 2015 13:45

Xəzər Lənkəranın üzvləri Prezident Kuboku ilə bağlı təəssüratlarını bölüşdülər

Futbol üzrə Azərbaycanın U-17 milli komandası bu yaxınlarda Qazaxıstanda keçirilən “Prezident Kuboku” turnirində iştirak etdi. Azerisport.az xəbər verir ki, finala qədər yüksələn millimiz İspaniyadan olan həmyaşıdlarına yalnız həlledici görüşün oyunsonrası penaltilər seriyasında məğlub oldular. Millinin heyətində “Xəzər Lənkəran”ın iki yetirməsi - İbrahim Qədirzadə və Yusif Həsənov da var idi. Hər iki futbolçu klub saytına turnir haqqında təəssüratlarını bölüşüb.

İbrahim Qədirzadə Qazaxıstandan əla təəssüratlarla döndüyünü deyir: “Belə turnirlərdə iştirak mənim üçün yaxşı təcrübə oldu. Turnirdən əvvəl Gürcüstanda təlim-məşq toplanışı keçdik, məncə, o toplanışın bəhrəsini gördük. Ən çətin oyun mənim üçün final görüşü oldu. İspaniya millisi səviyyə cəhətdən digər rəqiblərdən çox fərqlənirdi. Heyətlərində “Barselona”nın, “Atletiko”nun akademiyalarının futbolçuları var idi”.
 
Millidə klubdan fərqli olaraq daha çox müdafiəyə meyilli oyun sərgiləyən Qədirzadə bunu məşqçi təlimatları ilə izah edir: “Baş məşqçinin tapşırığına uyğun oynayıram. Millidə məndən daha çox müdafiənin qabağında oynamaq tələb olunur. Klubda isə baş məşqçimiz hücuma dəstək verməyimi istəyir, ona görə çempionatda daimi olaraq fərqlənirəm və uzaqdan qapını tez-tez yoxlayıram”.
 
Qədirzadə gələn il ölkəmizdə keçiriləcək U-17 Avropa Çempionatını böyük həvəslə gözlədiyini deyir: “Bu turnirlər, tez-tez keçirdiyimiz təlim-məşq toplanışları hamısı AÇ-2016 üçün hazırlıqdır. Yaxşı hazırlaşmağımız üçün bütün şərait yaradılır. Turnirdə yaxşı iştirak edəcəyimizə inanıram”.
 
Yusif Həsənov isə turnirdə asan oyunun olmadığını düşünür: “Bütün oyunlar çətin keçdi. Buna baxmayaraq, yaxşı oyun göstərməyi bacardıq. Birinci yeri də tuta bilərdik, sadəcə, penaltilərdə bəxtimiz gətirmədi”.
 
Təəssüf ki, Yusifin finala doğru yolunu Gürcüstanla oyunda aldığı zədə kəsib: “Gürcüstanla oyunda möhkəm zədələndim. Heyf ki, zədənin ciddiliyi turnirin sonuna qədər oynamağıma imkan vermədi. Hələ bundan sonra da tam bərpa olunmağım üçün yəqin 1-2 həftəyə ehtiyac olacaq”.
 
İstər “Xəzər Lənkəran”da, istərsə də millidə əsasən müdafiənin mərkəzində çıxış edən Həsənov “Prezident Kuboku”nda müdafiənin sağında qərarlaşmışdı: “Bu mənim üçün yeni mövqe idi. Müəyyən çətinliklər var idi, amma ümumi olaraq özümü rahat hiss edirdim və diqqətli olmağa çalışırdım”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.