30 iyun 2015 12:00

Qəbələ Gürcüstana yola düşdü

UEFA Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək “Qəbələ” bu gün Gürcüstana yollanıb. Azerisport.az xəbər verir ki, iyulun 2-də Tiflisin “Dinamo” klubu ilə ilk matçına çıxacaq “qırmızı-qaralar” oyundan iki gün əvvəl qonşu ölkəyə gedib.

Roman Qriqorçukun baş məşqçisi olduğu komanda səhər məşqindən sonra səfərə çıxıb. 2015/16 mövsümünün hazırlıq məqsədilə iyunun 10-19-da Türkiyənin Ərzurum şəhərində, 20-30-da Qəbələdə toplanış keçən komandamız UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu öncəsi son məşqini Tiflisdə keçirəcək.

“Qəbələ” I təsnifat mərhələsində iştirak etmək üçün 27 futbolçunu sifariş vərəqinə daxil edib. Komanda Gürcüstana da bu heyətlə yollanıb:

Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 30. Anar Nəzirov, 36. Süleyman Süleymanov;
Müdafiəçilər: 3. Voyislav Stankoviç, 7. Ruslan Əmircanov, 8. Məhəmməd Mirzəbəyov, 13. Murad Musayev, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos.
Yarımmüdafiəçilər: 4. Elvin Camalov, 5. Georgi Floresku, 6. Rəşad Sadiqov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 16. Emin Zamanov, 17. Qismət Alıyev, 19. Aleksey Qay, 66. Samir Zərgərov, 67. Sahil Mirzəyev;
Hücumçular: 9. Sergey Zenyov, 10. Dodo, 69. Aleksey Antonov, 97. Roman Hüseynov.

Bu, komandanın mövsümdə ilk rəsmi matçı olacaq. Avrokuboklarda ötən il debüt edən “Qəbələ” qitəmiqyaslı turnirdəki 2-ci cəhdində mərhələ adlamağa çalışacaq. Bunun üçün isə komanda bir həftə sonra Qəbələdə baş tutacaq matç öncəsi səfərdə sərfəli nəticə qazanmalıdır.

Tiflisdəki matç əfsanəvi Boris Payçadzenin adını daşıyan “Dinamo Arena”da baş tutacaq. Görüşü israilli hakimlər idarə edəcək.

UEFA Avropa Liqası, I təsnifat mərhələsi
İlk oyun, 2 iyul

21:00. “Dinamo” (Tiflis, Gürcüstan) – “Qəbələ”
Baş hakim: Roi Reynşreyber (İsrail)
Baş hakimin köməkçiləri: David Elias Biton, İdan Yarkoni (hər ikisi İsrail)
Ehtiyat hakim: Zvi Levi (İsrail)
UEFA nümayəndəsi: George Fantaros (Yunanıstan)
Hakim-inspektor: Siril Zimmermann (İsveçrə)
Tiflis. Boris Payçadze adına “Dinamo Arena” stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.