30 iyun 2015 01:00

Mirhüseyn Seyidov: İnter Avroliqada ən azı 1-2 mərhələ keçə bilər

"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidovun azerisport.az saytına müsahibəsi

- "Qəbələ"yə qarşı keçirdiyiniz yoxlama oyunları ilə bağlı nə deyə bilərsiniz?
- Bu, bizim ilk oyunlarımız oldu. Pis alınmadı. Komanda cəmi on gün idi bir araya gəlmişdi. Son olayları nəzərə alsaq, normal oynadıq. Əsas odur ki, komanda komplektləşir və Avropa Liqasına ciddi hazırlaşırıq.

- Albaniyanın "Laçi" klubu ilə maraqlanmısınız?
- Rəqibin oyununu hələ tam analiz etməmişik. Amma bunun üçün hələ vaxtımız var. Yaxşı komanda olduğunu bilirik.

- Maliyyə problemlərinə baxmayaraq, "İnter"in pis heyət formalaşdırmadığını demək olar. Bu heyətlə Avroliqada uğur qazana biləcəksiniz?
- Digər klublarla müqayisə etsək, "İnter"in maliyyə vəziyyətinin lap pis olduğunu demək olmaz. Heyətimiz də yaxşıdır. Minimum 1-2 mərhələ keçə bilərik. Futbolçularımızın təcrübəsi də buna imkan verir.

- Əsas heyətdə oynayacaqsınız?
- Bunun üçün əlimdən gələni edirəm. Amma əsas heyətdə oynayacağıma dair mənə heç kim söz verməyib. Hər şey özümdən asılıdır. İnamı doğrultmağa və əsas heyətdəki yerimi qorumağa çalışacağam. Burada mənə çox yaxşı münasibət göstərirlər. Avroliqada özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. "Qəbələ" ilə oyunların hər ikisində əsas heyətdə meydana çıxmışdım.

- "İnter"in Avroliqa üçün hədəfi nədən ibarətdir? Qrup mərhələsinə vəsiqə qazana bilərsiniz?
- Qrup mərhələsinə vəsiqə qazanacağımıza söz verə bilmərəm. Amma komanda bunun üçün mümkün olan hər şeyi edəcək.

- "Laçi"nin futbolçuları "İnter"in favorit olduğunu deyirlər. Bu, sizi yanıltmaq üçün atılmış addım sayıla bilər?
- Vaxtilə "Şkenderbeu" da "Neftçi"dən zəif olduqlarını, Azərbaycan klubunun varlı olduğunu bildirirdi. Bu, bizi arxayınlaşdırmaq üçün deyilən sözlərdir. Avroliqada hər oyun çətin olur. Sürprizlər qaçılmaz olur. Ona görə də çox yaxşı hazırlaşmalıyıq.

- Artim Şakiri saytımıza müsahibəsində bu komandanın üç futbolçusunu fərqləndirib - Marko Çetkoviç, Sequna Adeniyi və Cevahir Şukaya...
- Biz hələ rəqibi yaxşı analiz etməmişik. Ona görə də heç nə deyə bilmərəm. Amma əsas "Laçi"nin yox, bizim sərgiləyəcəyimiz futboldur.

- Səfər oyununda sizi hansı nəticə qane edəcək?
- Qol və ya qollar vurmağımız lazımdır. Belə olan halda evdə daha rahat oynayacağıq. Təcrübəli futbolçularımız var və bu kimi amilləri nəzərə alacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.