30 iyun 2015 00:15
Eddi İsrafilovla İspaniyanın daha bir klubu maraqlanır
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov daha bir İspaniya klubunun maraq dairəsinə düşüb. Azerisport.az xəbər verir ki, 22 yaşlı xavbeklə "Real Ovyedo" maraqlanır.
Sözügedən komanda yeni mövsümdən Sequnda Liqada çıxış edəcək. Amma İsrafilovun bu kluba keçib-keçməyəcəyi hələlik, bəlli deyil.
Qeyd edək ki, millimizin üzvü ilə İspaniyanın "Las Palmas", "Jirona", "Almeriya", həmçinin İngiltərənin "Vest Bromviç" klubu da maraqlanır. Amma onun yerli "Almeriya" klubuna keçməsi daha inandırıcı görünür.
