29 iyun 2015 16:20
Rüfət Dadaşov: Avstriya və Rusiya klublarından təklif almışam
Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov özünə hələ də yeni klub tapa bilməyib. Son mövsümü Almaniyanın "Saarbryuken" klubunda keçirmiş futbolçumuz gələcək karyerası ilə bağlı azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"Avstriya və Rusiya klublarından təklif almışam. Amma yekun qərar qəbul etməyə tələsmirəm".
Dadaşov "Neftçi"yə keçəcəyi barədə xəbərlərə də münasibət bildirib: "Xeyr, bu klubdan mənə müraciət edən olmayıb. Düzünü deyim ki, Azərbaycan mətbuatının haqqımda yazdıqlarından xəbərim yoxdur".
