29 iyun 2015 15:00

Məhəmməd Mirzəbəyov: Biz Dinamoya həm səfərdə, həm də evdə qalib gələ bilərik

"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyovun azerisport.az saytına müsahibəsi

- "İnter"ə qarşı keçirdiyiniz son yoxlama oyunu barədə nə deyə bilərsiniz?
- Asan oyun olmadı. Topu özümüzdə saxlamaq yaxşı alındı. Baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirməyə çalışdıq.

- Tiflis "Dinamo"su ilə oyuna bir neçə gün qalıb. "Qəbələ" Gürcüstan klubu ilə duelə hazırdır?
- Bizə istədiyimiz futbolu sərgiləmək üçün bir qədər də vaxt lazımdır. Amma müəyyən şeylər artıq bizdə alınır. Futbolçular arasındakı anlaşma səviyyəsi yaxşılaşıb.

- "Qəbələ"yə yeni gəlmisiniz. Əsas heyətə düşmək uğrunda rəqabətdən qalib çıxdığınızı demək olar?
- Hələ bu barədə danışmaq tezdir. Belə qısa müddət ərzində rəqabəti necə qazanmaq olar? Komandada Roman Qriqorçukun rəhbərliyi altında daha uzun müddət oynayan futbolçular var. "İnter"də oynadığımız futbol fəlsəfəsi tam fərqli idi. "Qəbələ"nin fərqli oyun üslubuna alışmaq üçün də vaxt lazımdır.

- Avropa Liqasından nə gözləyirsiniz?
- Hələ "Dinamo" barədə heç nə bilmirəm. Onların oyunlarına baxacağıq. "İnter"də olarkən Gürcüstan klublarına qarşı oynamışdım. Amma "Dinamo"ya qarşı yox.

- Özünüz necə klub olması ilə maraqlanmısınız?
- Prinsipcə, bu komandanı tanıyırıq. Amma hazırda necə futbol oynadıqlarını bilmirik. Onu da tezliklə biləcəyik.

- Sizi kifayət qədər gənclərdən təşkil olunmuş döyüşkən bir komanda gözləyir. Onları keçə biləcəksiniz?
- Bunu eşitmişəm. Amma istənilən halda bir komanda Avropa Liqasında oynamaq hüququ qazanıbsa, onunla mübarizə aparmaq asan ola bilməz.

- İlk oyunda sizdən hansı nəticəni gözləyək?
- Ən yaxşı nəticə qələbədir.

- Amma ilk matç Tiflisdə olacaq...
- Qələbəni burada da qazanmaq olar, orada da.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.