29 iyun 2015 11:20
Elxan Abdullayev Dinamo – Qəbələ oyununu izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki köməkçisi Elxan Abdullayevi Gürcüstana göndərir. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssisiin göstərişinə əsasən, millinin məşqçisi UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 2-də Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək “Dinamo” - “Qəbələ” oyununu izləyəcək.
