29 iyun 2015 00:25
Dinamo fanatları Qəbələ ilə oyunda stadionu doldura bilməyəcək
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" (Tiflis) və Azərbaycanın "Qəbələ" klubları arasında baş tutacaq matçın biletləri iyunun 30-da satışa çıxacaq. Azerisport.az xəbər verir ki, gürcülər biletlərə 5 lari (2 manata yaxın) qiymət qoyub.
Amma qonşu ölkə təmsilçisinin azarkeşləri Poyçadze adına stadionu tam doldura bilməyəcəklər. Buna səbəb arenanın bəzi sektorlarında təmir işlərinin aparılmasıdır.
