29 iyun 2015 00:15
Şəhriyar Əliyev: Kəpəzdə daha çox oynamaq şansı qazanacağam
"Qarabağ"ın "Kəpəz"ə icarəyə verdiyi müdafiəçi Şəhriyar Əliyev Gəncə təmsilçisinin əsas heyət oyunçusu olmaq arzusundadır. Azerisport.az saytına açıqlamasında o, bunları qeyd edib:
"Əsas heyətdə oynamaq, yaxşı çıxış etmək istəyirəm. "Kəpəz"də daha çox oynamaq şansı qazanacağımı düşünürəm. Özümü məşqçilərə və azarkeşlərə göstərməyə çalışacağam. Kluba faydalı olmaq istəyirəm".
