28 iyun 2015 19:40
Qurbanov Mədətovu istəyir, Bakı buraxmır
"Qarabağ" "Bakı"nın yarımmüdafiəçisi Mahir Mədətovla güclənmək arzusundadır. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov onu hətta komandasının Avstriya toplanışına da dəvət edibmiş.
Amma "Bakı" buna razı olmayıb. Çünki paytaxt klubu öz yetirməsinin "Qarabağ"a keçidinə görə təzminat tələb edir. Hazırda danışıqlar davam edir. Mədətovun Ağdam klubuna keçib-keçməyəcəyi isə dəqiq bilinmir.
