28 iyun 2015 15:20

Elvin Bədəlov: Mladost yaxşı komandadır, amma Neftçinin dişinə görə rəqibdir

"Neftçi"nin müdafiəçisi Elvin Bədəlovun azerisport.az saytına müsahibəsi

- Ötən gün Ukraynanın "Şaxtyor" klubuna qarşı keçirdiyiniz son yoxlama oyunu ilə Avstriya toplanışını başa vurdunuz. Donetsk təmsilçisi ilə oyun barədə nə deyə bilərsiniz?
- Yaxşı oynadıq. Çətin olacağını bilirdik. Fikrimcə, Çernoqoriya "Mladost"u ilə rəsmi oyun öncəsi "Şaxtyor"la qarşılaşma yaxşı hazırlıq oldu. Donetsk klubu ilə görüş zəif və güclü cəhətlərimizi üzə çıxarmağa imkan verdi. Ümid edirəm ki, Avropa Liqasındakı ilk oyunumuza qədər tam hazır olacağıq.

- Amma "Neftçi" "Şaxtyor"dan öncə Macarıstanın MTK (0:3) və Albaniyanın "Kukesi" (0:2) klublarına da qol vura bilmədən uduzdu…
- Biz bu oyunlarda nəticəyə oynamırdıq. Bizim hədəfimiz öz səhvlərimizi görmək idi ki, məşq prosesində onları aradan qaldıraq. Məsələn, "Kukesi"yə qarşı MTK ilə görüşlə müqayisədə daha yaxşı oynadıq. Yəni oyundan oyuna daha yaxşı təsir bağışlayırdıq. İnanıram ki, hər şey yaxşı olacaq və biz öz oyunumuzu tapacağıq.

- Bütövlükdə, hazırlığı necə qiymətləndirərdiniz?
- Məşqlərimiz plana uyğun gedir. Avroliqaya ciddi hazırlaşırıq. Komandada atmosfer əladır.

- "Neftçi" Avroliqanın startına qədər tam hazır olacaq?
- Avroliqanın startına hələ vaxt var. Fikrimcə, tam hazır ola biləcəyik.

- Komandanızın Avroliqa üçün hədəfi nədir?
- Mümkün qədər çox irəli getmək. Eyni zamanda baxımlı futbol göstərmək istəyirik.

- "Mladost" haqda nə bilirsiniz?
- Yaxşı komandadır. Hələ onların oyunlarının videoyazısına da baxmalıyıq. Hesab edirəm ki, "Mladost" dişimizə görə rəqibdir. Onları keçə bilərik.

- Rəqib komandanın üzvlərindən kimisə tanıyırsınız?
- Xeyr, heç kimi. Oyunlarda tanış olarıq.

- "Neftçi"nin gəncləşdirmə siyasəti siz və sizin kimi digər gənclər üçün bir şansdır...
- Heyətdə bu qədər gənc futbolçuya yer verilməsi çox yaxşıdır. Bu, doğrudan da bizim üçün bir şansdır. Həm də komandada təcrübəli futbolçular var. Fikrimcə, gənclərlə təcrübəlilərin sintezindən yaxşı bir komanda formalaşdıracağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.